JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə elektron ticarət və rəqəmsal xidmətlər sahəsində istehlakçı hüquqlarının müdafiəsi, onlayn mühitdə təhlükəsizliyin təmin edilməsi və istehlakçıların maarifləndirilməsi məsələləri barədə çıxışlar dinlənilib, bu istiqamətdə mövcud çağırışlar və inkişaf perspektivləri diqqətə çatdırılıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib. 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlıq subyektlərinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışları dinlənilib.Çıxışlar zamanı müasir dövrdə istehlakçı hüquqlarının müdafiəsinin əhəmiyyəti və əhatə dairəsi, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda elektron ticarət və rəqəmsal xidmətlər sahəsində yaranan yeni imkan və çağırışlar barədə məlumat verilib. Bildirilib ki, son illərdə ölkəmizdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq rəqəmsal mühitdə yaranan istehlak münasibətləri ilə bağlı müraciətlərin sayında da artım müşahidə olunmaqdadır. Sözügedən istiqamətdə istehlakçıların maarifləndirilməsi, xüsusilə onların maliyyə savadlılığının artırılması və təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin müvafiq sahədə baş verə biləcək kibercinayətkarlıq hallarının qarşısının alınması üçün dövlət qurumları, özəl sektor və digər maraqlı tərəflərin birgə fəaliyyətinin önəmi vurğulanıb.Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankı, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və “Trendyol” şirkətinin nümayəndələri “Süni intellektin istehlakçı davranışlarına və hüquqlarına təsiri”, “Rəqəmsal mühitdə fərdi məlumatların mühafizəsi: müasir çağırışlar və risklər”, “Rəqəmsal dünyada istehlakçılar, elektron ticarət və təhlükəsizlik” və digər mövzularda təqdimatlarla çıxış ediblər. Çıxışlar zamanı qloballaşan dünyada elektron ticarətin inkişaf dinamikası, rəqəmsal ödənişlərin artım tendensiyaları, onlayn platformalarda rast gəlinən əsas çətinliklər, bu sahədə tətbiq olunan nəzarət mexanizmləri və həyata keçirilən maarifləndirmə işləri iştirakçıların diqqətinə çatdırılıb.Tədbir çərçivəsində istehlakçıların hüquqi savadlılığının artırılması məqsədilə Agentlik tərəfindən yaradılmış “Istehlakchi.gov.az” (https://istehlakchi.gov.az/az) platformasının təqdimatı həyata keçirilib, bu internet resursunun təqdim etdiyi imkanlar barədə geniş məlumat verilib.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX