AZ

Cəbrayıl Həsənov: “Avropa çempionatında etdiyimiz səhvlərin üzərində işləyəcəyik”

“Avropa çempionatında bir neçə idmançımız qızıl medal qazana bilərdi”.

Bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında komanda hesabında ikinci olan sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Cəbrayıl Həsənov deyib.

O, komandanın çıxışını müsbət dəyərləndirib.

”Nəticə daha yaxşı ola bilərdi. 125 kiloqramda çıxış edən Yusif Dursunov texniki səhvə yol verməsəydi, qızıl medal qazanacaqdı. Ağanəzər Novruzovdan (74 kiloqram) da böyük nəticə gözləyirdik. Bildiyiniz kimi, o, böyüklər arasında Avropa mükafatını qazanıb”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Mütəxəssis gələcək hədəflərdən də danışıb:

“Qarşıda bizi U-23 dünya çempionatı gözləyir. Həmçinin də böyüklər arasında Avropa çempionatı var. Burada olan səhvlərin üzərində işləyəcəyik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması yarışda 1-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb və komanda hesabında ikinci olub.

İdman.Biz
Seçilən
42
2
idman.biz

3Mənbələr