AZ

"Rabitəbank" Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib (FOTO)

Bakı. Trend:

6 mart 2026-cı il tarixində "Rabitəbank" tərəfindən Xankəndişəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu”təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşlarınmaliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyəalətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə dəregionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstəkgöstərilməsi olub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar,iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirakediblər.

Forum çərçivəsində "Rabitəbank"ın Müşahidə Şurasının üzvü,Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək"Rabitəbank"ın fəaliyyəti, inkişaf strategiyası və ölkəiqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. Obildirib ki, "Rabitəbank" uzun illərdir ölkədə maliyyəinklüzivliyinin artırılması, sahibkarlığın inkişafı və regionlarıniqtisadi potensialının gücləndirilməsi istiqamətində ardıcıllayihələr həyata keçirir.

Forum zamanı "Rabitəbank"ın müxtəlif istiqamətlər üzrə təqdimetdiyi bank məhsulları və maliyyə alətləri iştirakçıların diqqətinəçatdırılıb.

Daha sonra Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmətşöbəsinin rəisi Orxan Ahənçi də çıxış edib. O, maliyyəsavadlılığının sahibkarlıq fəaliyyətinin səmərəli təşkili, vergiöhdəliklərinin düzgün icrası və şəffaf biznes mühitininformalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Çıxışzamanı sahibkarlıq subyektləri üçün mövcud vergi mexanizmləri,dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri və biznesfəaliyyətində maliyyə intizamının əhəmiyyəti barədə fikirləriniiştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində eyni zamanda bankın biznes bankçılığıistiqaməti üzrə təqdim olunan xidmətlər barədə də iştirakçılaraməlumat verilib. Çıxış zamanı İslam bankçılığı prinsipləri,beynəlxalq və yerli fondlar hesabına təqdim edilən kreditlər,sahibkarlığın inkişafına yönəlmiş maliyyə proqramları, “Gücxanımlarda” layihəsi və ticarət zəncirinin maliyyələşdirilməsiməhsulları haqqında da məlumat təqdim olunub.

Təqdimatlar zamanı debit və kredit kartları, taksit kartları,əmanət və yığım məhsulları, sığorta xidmətləri, nağd pulkreditləri, lombard kreditləri və ipoteka kreditləri haqqındaməlumat verilib. Bununla yanaşı, kredit tarixçəsi və BNG əmsalınınkredit qərarlarına təsiri ilə bağlı vacib məqamlar diqqətəçatdırılıb.

Forum çərçivəsində mikro və kiçik sahibkarlığınmaliyyələşdirilməsi istiqamətində təqdim olunan kredit məhsullarıhaqqında da məlumat verilib. Sonda iştirakçıların suallarıcavablandırılıb, sahibkarlar üçün maliyyə imkanları və bankxidmətlərinə çıxış mexanizmləri barədə geniş müzakirələraparılıb.

Qeyd edək ki, tədbirə Qarabağ Təlim Mərkəzi ev sahibliyi edib.Mərkəzin təsisçisi və direktoru Aytən Məmmədova çıxış edərək belətəşəbbüslərin regionda sahibkarlığın inkişafı və maliyyəsavadlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığınıbildirib. O qeyd edib ki, maarifləndirici tədbirlər sahibkarlarınmaliyyə alətləri və müasir bank xidmətləri barədə məlumatlılığınınartırılmasına, eyni zamanda biznes mühitinin daha da inkişafınatöhfə verir.

Daha sonra Qarabağ Təlim Mərkəzinin təşkilatçılığı və"Rabitəbank"ın tərəfdaşlığı ilə Xankəndi şəhərində 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə “Qarabağda regionalxanımların gücü” adlı sərgi təşkil olunub. Tədbirdə ölkənin 20-yəyaxın müxtəlif regionundan olan xanım sahibkarlar iştirak edib.Sərginin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərənqadın sahibkarlara dəstək olmaq, onların məhsul və xidmətləriniQarabağda tanıtmaq, eyni zamanda azad edilmiş ərazilərdə yenibiznes imkanlarının formalaşmasını təşviq etmək olub.

Xüsusilə vurğulamaq lazımdır ki, "Rabitəbank" ölkədə maliyyəsavadlılığının artırılması, sahibkarlığın inkişafı və regionlarıniqtisadi potensialının gücləndirilməsi istiqamətində müxtəlifmaarifləndirici təşəbbüslər və layihələr həyata keçirməyə davamedir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrəümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi,İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi,“RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə özmüştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrlibank xidmətləri təqdim edir.

Seçilən
70
3
az.trend.az

5Mənbələr