AZ

FHN ilə BMMT arasında əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Bakı, 12 mart, AZƏRTAC

Cenevrədə səfərdə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi Ərgüc Kələntərli arasında görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təşkilatın qərargahında keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri – FHN-in Baş hərbi eksperti general-mayor Fərhad Səmədov və digər məsul şəxsləri iştirak ediblər.

Görüşdə FHN ilə BMMT arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq, belə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Müzakirələr zamanı, həmçinin fövqəladə hallara qarşı dayanıqlılığın artırılması üçün beynəlxalq və regional səyləri dəstəkləmək məqsədilə praktiki əməkdaşlığı genişləndirmək və koordinasiyanı gücləndirmək imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə təşkilatın humanitar mandatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin və birgə təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Seçilən
5
7
azertag.az

8Mənbələr