Azərbaycan I Liqasında XVIII tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə daha 3 matç keçirilib.
Turun mərkəzi qarşılaşmasında "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gəliblər. Prinsipial qarşılaşmadan bakılılar qalib ayrılıblar. Matçda yeganə qolu bölgə təmsilçisindən ayrılaraq "Səbail"ə keçən Qurban Səfərov vurub. Beləliklə, "dənizçilər" 3-cü yerə yüksəliblər.
Digər oyunlara gəlincə, "Şahdağ Qusar" Şamaxıda MOİK ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib.
Ağsuda "Difai"nin qonağı olan liderin ən yaxın izləyicisi "Baku Sportinq" isə səfərdə 3 xalı 3 qolla əldə edib.
Turun açılış oyununda "Şəfa" "Şimal"ı 2:0 hesabı ilə məğlub edib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan I Liqası
XVIII tur
12 mart
“Şahdağ Qusar” – MOİK 1:1
Qollar: E.Veysov, 40. S.Fərəcov, 90+4-pen.
“Difai” – “Baku Sportinq” 1:3
Qollar: K.Kampa, 43-pen. - X.Məmmədli, 15. E.Tağıyev, 50. P. Enrike, 52-pen.
“Mingəçevir” – “Səbail” 0:1
Qol: Q.Səfərov, 45.