AZ

Köç karvanını təcili tibbi yardım briqadaları müşayiət etdi

Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə davam etdirilən Böyük Qayıdış  çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə yola salınan növbəti köç karvanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibb heyəti tərəfindən müşayiət olunub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.

Köç prosesinin təhlükəsiz və fasiləsiz təşkil olunması məqsədilə karvanı müşayiət edən təcili tibbi yardım briqadası tərəfindən sakinlərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılıb və yolboyu ehtiyac yarandığı hallarda operativ tibbi xidmət göstərilib.

Səfər zamanı arterial təzyiq göstəricilərinin yüksəlməsi ilə bağlı müraciətlər qeydə alınıb və köçürülən sakinlərə göstərilən tibbi xidmət fasiləsiz və operativ şəkildə təmin olunub.

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr