AZ

“eManat” Cahangir Əsgərovun bankının müştərilərindən xidmət haqqı tutacaq

Aprelin 1-dən etibarən “eManat” terminalları vasitəsilə "Premium Bank" ASC-nin kart va hesablarına mədaxil edilən vasaitlərdən 1% xidmət haqqı tutulacaq. “PostMedia” xəbər verir ki, bu barədə şirkətin istifadəçilərə elan etdiyi xəbərdarlıqda deyilir.

 

Məlumata görə, digər ödaniş istiqamətləri üzrə tariflər dəyişməz qalır va xidmətlər mövcud qaydada fəaliyyətini davam etdirir.

 

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Tarix: 12 Mart 2026, 17:19   
Seçilən
18
pravda.az

1Mənbələr