AZ

İranın yeni rəhbəri Müctəba Xamenei hər iki ayağını İTİRİB: O, hazırda KOMADADIR

İranın yeni rəhbəri Müctəba Xameneinin ayaqları qopub. O, hazırda komadadır.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası və xarici hərbi mənbələr məlumat yayıb.

İsrail ordusunun (SAXAL) Tehranın mərkəzinə endirdiyi sarsıdıcı hava zərbələri nəticəsində İranın yeni Ali rəhbəri Müctəba Xamenei ağır xəsarət alıb.

Məlumata görə, hücum zamanı baş verən partlayış nəticəsində Ali ayətullanın hər iki ayağı qopub.

Hadisədən dərhal sonra gizli tibbi mərkəzlərdən birinə çatdırılan Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu və onun hazırda komada olduğu bildirilir.

Qeyd edək ki, Müctəba Xamenei bir müddət əvvəl atası Əli Xameneinin ölümündən sonra ölkənin yeni Ali lideri seçilmişdi.

İsrail tərəfi bu əməliyyatla İranın ali rəhbərliyinə qarşı başladığı ləğvetmə kampaniyasını davam etdirir.

Hazırda Tehranın bu sarsıdıcı xəbərə rəsmi münasibəti və ölkədəki qeyri-müəyyən vəziyyət dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
1
interpress.az

2Mənbələr