AZ

Arif Əsədov: Qarabağ ın da xal itkiləri olacaq

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Sona 10 tur qalmış "Sabah"ın qarşısını almaq mümkün olacaqmı? Bunu demək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.Təcrübəli mütəxəssis Misli Premyer Liqasında mövsümün sonuna 10 tur qalmış "Sabah" və "Qarabağ"ın çempionluq şansını dəyərləndirib."Hələ ki, Masazır təmsilçisi yaxşı formadadır. Məncə, çempionatın gedişində tək "Sabah"da yox, "Qarabağ"da da xal itkiləri olacaq. Hələ qarşıda 10 tur var. Millinin oyunları ilə əlaqədar Premyer Liqada fasilə də olacaq. Fasilədən sonra çempionat həlledici fazaya daxil olacaq.  Komandalar hazırda yaxşı formadadırlar. Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizədə 1-ci və 2-ci yerlərin sahibləri demək olar məlumdur. Bürünc medallara "Turan Tovuz" və "Zirə" real namizəddir. Bir də bu komandalara "Neftçi" qoşula bilər. "Araz-Naxçıvan" isə çempionatın sonunda 4-cü pilləni tuta bilər. "Karvan-Yevlax"ın elitanı tərk etməsi böyük ölçüdə dəqiq görünür. Yenə də 2-3 tur gözləmək lazımdır. Son dönəmlərdə "Qəbələ" xallar itirir. Bu baxımdan Yevlax təmsilçisinin liqada qalmaq şansı var".

Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla "Sabah" başçılıq edir. Liderdən 7 xal az toplayan "Qarabağ" ikinci pillədədir. Qurban Qurbanovun komandası bir oyun az keçirib. Aktivində 44 xal olan "Turan Tovuz" ilk "üçlüy"ü tamamlayır.   

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
sport24.az

1Mənbələr