AZ

“Araz-Naxçıvan” növbəti oyuna neçə itki ilə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

13 mart tarixində futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Araz-Naxçıvan” “Karvan-Yevlax”la oyuna dörd itki ilə çıxacaq.

Bu barədə İdman.Biz-ə “Araz-Naxçıvan” klubunun mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, futbolçumuz Mustafa Əhmədzadə sarı vərəqə limitini doldurduğu üçün bu oyunda cəzalıdır:

"Komandamızın digər oyunçuları - Vanderson Melo, Ömər Buludov və Urfan Abbasov isə zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcəklər".

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

Xatırladaq ki, turnir cədvəlində “Araz-Naxçıvan” 33 xalla beşinci, “Karvan-Yevlax” isə səkkizinci xalla 12-ci pillədə qərarlaşıb.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr