Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə AzərbaycanKönüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go CampVolunteers” proqramı çərçivəsində təşkil olunan “Könüllü Baharı 2”Azərbaycan Könüllülərinin yaz düşərgəsi uğurla yekunlaşıb.
Trend xəbərverir ki, 7–11 mart tarixlərində Şəki Olimpiya İdman Kompleksindəkeçirilən düşərgənin əsas məqsədi könüllü gənclərin şəxsiinkişafının dəstəklənməsi, komanda bacarıqlarının gücləndirilməsi,liderlik potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərəbağlılığın təşviqi olub.
Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllü gənclər Ulu ÖndərHeydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramlayad ediblər.
Düşərgənin proqramı çərçivəsində təlimatlandırma görüşləri,tanışlıq və komanda quruculuq oyunları, interaktiv və masaüstüfəaliyyətlər təşkil olunub. “Könüllü zəkası” intellektual oyunu,Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin vəŞəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarıtərəfindən keçirilən yarış, komandalararası voleybol çempionatı,“Bahar Missiyası” adlı kvest və özünümüdafiə üzrə praktik təlimiştirakçıların həm fiziki, həm də intellektual bacarıqlarınıninkişafına yönəlib.
Düşərgə müddətində iştirakçılar üçün müxtəlif aktual mövzulardatəlim sessiyaları təşkil olunub. “Bədən dili və təsir bacarığı”,“İdeyadan layihəyə: İdeaton hazırlıq təlimi” və “Xəyal et. Planla.Reallaşdır.” mövzularında keçirilən sessiyalar iştirakçılarınkommunikasiya bacarıqlarının inkişafına, emosionaldayanıqlılıqlarının gücləndirilməsinə və layihə əsaslı düşüncətərzinin formalaşmasına töhfə verib. Təlimlər sahə üzrə peşəkarekspertlər tərəfindən həyata keçirilib. Bununla yanaşı, “MentorTime” görüşləri və ideaton müsabiqəsi çərçivəsində iştirakçılar özideyalarını təqdim edərək praktiki təcrübə qazanıblar.
“Könüllü Baharı 2” Könüllülər düşərgəsi çərçivəsində gənclər"Könüllülükdən karyeraya" adlı panel görüşdə bir araya gəliblər.Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyevinmoderatorluğu ilə keçirilən panel görüşdə AzərbaycanRespublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə işşöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və KaryeraMərkəzinin Baş direktoru Azər Əliyev iştirak ediblər. Görüş zamanıkönüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafınatəsiri, könüllülükdən karyera imkanlarına gedən yol, eləcə dəgənclər üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.
Düşərgə Novruz adət - ənənələrini özündə əks etdirən zənginproqramla davam edib. Ustad dərsi zamanı düşərgə iştirakçılarısaxsıda səməni hazırlayıb və onları yaradıcı şəkildə boyayıblar.“Novruz xonçası” müsabiqəsi, kosa, keçəl və bahar qızı, tonqalmərasimi və musiqili proqram iştirakçılar arasında həmrəyliyin vəbirlik ruhunun daha da möhkəmlənməsinə töhfə verib.
Eyni zamanda düşərgə iştirakçıları üçün Şəki şəhəriningəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və AşağıKarvansaraya ekskursiya təşkil edilib.
Yekunda yarış və müsabiqələr üzrə qaliblər mükafatlandırılıb vədüşərgə bağlanış mərasimi ilə başa çatıb.