AZ

Narazı QHT-lər üçün Apellyasiya imkanı yaradılır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin nəticələrindən şikayəti olan QHT-lər Agentliyin Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər.

Apellyasiya Komissiyasına müraciət martın 21-i saat 23:59-a qədər Agentliyin e-poçt ünvanı - [email protected] vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq.

Seçilən
95
qht.az

1Mənbələr