Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi artıq Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisindən tranzit keçidini təmin etməyə hazırdır.
Bəs Zəngəzur dəhlizinin gündəm olduğu bir vaxtda Paşinyan niyə belə açıqlama verib?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Aydın Tağıyevin sözlərinə görə, Paşinyan yaxşı bilir ki, Zəngəzur dəhlizi daha qısa, strateji və geosiyasi üstünlüklərə malikdir:

"Bu yaxınlarda o, Avropa Parlamentində çıxışı zamanı bunu söylədi. Ermənistan tərəfi yaxşı bilir ki, uzun illər iqtisadi izolyasiya şəraitindədir. Buna görə də Türkiyə-Azərbaycan yükdaşımalarının Ermənistan ərazisindən keçməsinə hazır olduğunu bildirməkdən başqa yolu yoxdur. Belə hesab edirəm. Bu həm iqtisadi qazanc, həm də siyasi mövqelərin güclənməsi naminə atılan addımdır. Bununla paralel olaraq Azərbaycan və Türkiyə üçün də Zəngəzur dəhlizi çox vacib prioritet məsələdir. Ermənistan tərəfi isə bu dəhliz vasitəsilə öz mənafeləri naminə faydalanmaq istəyir. Həmçinin qeyd edim ki, Paşinyan belə marşrut təklif etməklə həm daxili auditoriyaya “biz öz ərazimizdə nəzarətli tranzitə hazırıq” mesajı verir, həm də xaricdə bir qədər konstruktiv tərəfdaş imici formalaşdırır. Onun digər məqsədi diplomatik balans yaratmaqdır. Yəni Paşinyan Qərb dövlətlərinə göstərmək istəyir ki, Ermənistan regionda əməkdaşlığa açıqdır. Bu addım Avropa və ABŞ qarşısında pozitiv imic formalaşdırmaqla yanaşı, Azərbaycan və Türkiyə ilə münasibətləri birbaşa qarşıdurmadan uzaq saxlamaq məqsədi daşıyır".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.