AZ

Dövlət Vergi Xidməti 2 bankla yeni sosial əməkdaşlıq layihəsinə başlayıb

Bakı, 12 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kapital Bank” və “Paşa Bank” ilə birgə həyata keçirilən yeni sosial əməkdaşlıq layihəsinə start verib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “ƏDV geri al” mexanizminin inzibatçılığı daha da sadələşdirilib və vətəndaşların geri qaytarılan vəsaitləri daha operativ və rahat şəkildə əldə etməsi təmin olunub. Belə ki, artıq ƏDV-nin geri alınması üçün ödəniş çeklərində QR-kodun skan edilməsinə ehtiyac qalmayacaq. Birbank kartı ilə “Kapital Bank” və “Paşa Bank”a məxsus POS-terminallarda ödəniş edildiyi halda, çeklər avtomatik olaraq “Birbank” tətbiqinin “Son əlavə olunan çeklər” bölməsinə daxil ediləcək və ƏDV məbləği növbəti 30 gün ərzində vətəndaşlara geri qaytarılacaq. Bu yenilik ilkin mərhələdə yalnız müəyyən satış nöqtələrində hər iki bankın kartları üçün aktiv olacaq.

Seçilən
24
2
azertag.az

3Mənbələr