AZ

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

ain.az, Mia.az portalına istinadən məlumat verir.

MT son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün ortaya uğurlu iş qoya bilməyib.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.

Onun sözlərinə görə, bugünkü dünyada mövcud vəziyyət tamamilə fərqlidir:

"BMT-nin 194 üzvü var, lakin Təhlükəsizlik Şurasına baxdıqda ciddi tənqid və iradların olduğunu görürük. İllərboyu BMT çox vacib missiyalar həyata keçirib. Lakin son illərdə baş verən müharibələr, qiyamların həlli üçün uğur əldə edə bilməyib".

B.Yıldırım qeyd edib ki, BMT-də mövcud problemlər həll edilməlidir ki, bəşəriyyətin qarşılaşdığı problemləri də həll edə bilsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
mia.az

4Mənbələr