AZ

2025 ci ildə ölkə üzrə bankomatların sayı açıqlanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 12 mart, AZƏRTAC

2025-ci il ərzində ölkə üzrə bankomatların sayında 8,1 faiz, o cümlədən regionlarda yerləşən bankomatların sayında isə 7,2 faiz artım müşahidə edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, 01.01.2026-cı il tarixinə dövriyyədə olan POS-terminalların sayı 2024-cü illə müqayisədə 54,1 faiz artaraq 184,2 min ədədə bərabər olub. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı müvafiq dövr ərzində 55,5 faiz artaraq 182,4 min ədəd təşkil edib.

Quraşdırılmış POS-terminalların 99 faizi təmassız ödənişləri dəstəkləyir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 23 min və ya 67 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr