AZ

Müctəba Xamenei: “Atamın meyitini görə bildim” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa müraciətində mərhum atası, İranın Ali Rəhbəri olmuş Ayətullah Əli Xameneidən bəhs edib.

KONKRET.az xəbər verir ki, o, xalqa ilk səsli müraciətində atasının necə həlak olmasından danışıb:

“Mənə bu şərəf nəsib oldu ki, onun şəhidliyindən sonra meyitini görə bildim. Gördüyüm isə möhkəmlik və əzəmət dolu bir dağ idi. Eşitdim ki, şəhid olduğu zaman sağlam əli ilə yumruğunu sıxıb”.

Müctəba Xamenei mərhum atasının həyat yolunu və xidmətini xatırladaraq, onun yolunu davam etdirməyin və İslam Respublikası prinsiplərinə sadiq qalmağın vacibliyini vurğulayıb. O, həmçinin şəhidlərin və ölkəsi üçün fədakarlıqlar göstərən digər şəxslərin xatirəsini yad edib, vətən və din qarşısında xidmətin önəmini diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
konkret.az

3Mənbələr