Azərbaycan yığmasının keçmiş üzvü Misli Premyer Liqasındakı çempionluq mübarizəsini Offsideplus.az-a dəyərləndirib.

Çempionatın bitməsinə 10 tur var. Baxmayaraq ki, "Sabah"ın xal ehtiyatı daha çoxdur, amma qarşıda 10 tur var, indidən kimin çempion olacağını demək çətindir.

Çempionluq uğrunda 2 komanda oynayır və "Qarabağ" da artıq bütün fikrini çempionata və kuboka yönəldib.

"Sabah" da həm çempionatda, həm də kubokda yaxşı irəliləyir, baxımlı oyun nümayiş etdirir və nəticələrini yaxşılaşdırıb. Oyundan-oyuna hiss olunur ki, bu komandada inkişaf var.

Hər iki komanda kifayət qədər güclüdür.

Kimin çempion olması qarşıdakı oyunlarda daha aydın görünəcək, amma "Sabah" stabilliyini qoruya bilsə, qalib ola biləcək. İndiki halda qazanılan və itirilən hər bir xal çox vacibdir və çempionluğa təsir edəcək. Ona görə "Sabah" stabilliyini davam etdirməlidir və bu il onlar üçün belə bir şans yaranıb, bundan istifadə edə bilərlər.

"Qarabağ" da çempionluqdan əl çəkməyəcək, ona görə də qarşıda çox maraqlı oyunların şahidi ola bilərik.

Avrokuboklara vəsiqə verən yerlərlə bağlı nə düşünürsünüz?

"Turan Tovuz" qazandığı qələbələrlə istədiyinə nail olur, "Zirə" ilə xal fərqini artırıb. Qarşıda 10 tur var, qarşıdakı oyunlarda kimin 3-cü yeri tutacağı daha aydın görünəcək.

Amma hal-hazırda hər iki komanda üçün itirilən xallar onları avrokuboklardan uzaq salır.

"Zirə"nin sonuncu turda xal itirməsinin, düşünürəm ki, mövsüm sonunda onlara çox ehtiyacı olacaq