AZ

İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Seçilən
93
19
hafta.az

10Mənbələr