AZ

SEPAH-dan Hörmüzlə bağlı ŞOK TƏHDİD

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tanqsiri ölkəsinin rəqiblərinə qarşı sərt xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, o, İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin Hörmüz boğazının bağlı saxlanılması ilə bağlı bəyanatından sonra Tehranın düşmənlərinə qarşı güclü zərbələr endirəcəyini bildirib.

Tanqsiri sosial şəbəkədəki paylaşımında qeyd edib ki, Ali Baş Komandanın mövqeyinə uyğun olaraq İran strateji baxımdan mühüm əhəmiyyətə malik olan Hörmüz boğazının bağlı saxlanılması siyasətini davam etdirəcək.

“Ali Baş Komandanın bəyanatına cavab olaraq, Hörmüz boğazının bağlı saxlanılması strategiyasını qoruyaraq, təcavüzkara ən sarsıdıcı zərbələri endirəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei ali dövlət vəzifəsinə seçildikdən sonra xalqa ilk müraciətini ünvanlamışdı.

Aliyə
NOCOMMENT.az

Seçilən
93
nocomment.az

1Mənbələr