AZ

Toni Kroosun Bayern dən ayrılma səbəbi: Sən dünya səviyyəli oyunçu deyilsən

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünya futbolunun canlı əfsanələrindən olan Toni Kroosun illər əvvəl "Bayern"dən "Real Madrid"ə keçidinin pərdəarxası məqamları yenidən gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, alman yarımmüdafiəçinin Münhen klubundan ayrılmasına rəhbərliyin ona qarşı olan qeyri-peşəkar münasibəti səbəb olub.

Məlumata görə, 2013/14 mövsümündə müqaviləsinin son ilinə girən Kroosa klub illik 10 milyon avrodan az maaş təklif edib ki, bu da həmin vaxt Mario Götsenin qazancından xeyli aşağı olub. Danışıqlar zamanı klubun rəhbəri Karl-Haynts Rummenigge futbolçuya "Sən dünya səviyyəli oyunçu deyilsən" deyərək münasibətləri tamamilə qoparıb.

O dövrdə Pep Qvardiola futbolçunu saxlamaq üçün çox çalışsa da, Kroos artıq ayrılmaq qərarını vermişdi. Maraqlıdır ki, oyunçunun agenti onu iki dəfə "Barselona"ya təklif etsə də, baş məşqçi Luis Enrike seçimini İvan Rakitiçdən yana edib.

Sonda Karlo Ançelottinin xüsusi istəyi ilə cəmi 25 milyon avroya Madrid klubuna keçən Kroos, orada 5 Çempionlar Liqası kuboku və onlarla titul qazanaraq bu keçidi futbol tarixinin "əsrin oğurluğu"na çevirdi.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
fanat.az

2Mənbələr