AZ

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

BMT sistemi daxilində süni intellekt (AI) sahəsində qlobal əməkdaşlıq və vahid yanaşmanın təmin edilməsi təşkilatın effektivliyi və üzv dövlətlərlə koordinasiyası üçün əsasdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzulu paneldə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas deyib.

Tomas Lamanauskas qeyd edib ki, BMT yalnız Baş Assambleya və Təhlükəsizlik Şurasından ibarət deyil, sistemdə 40-dan çox agentlik, ixtisaslaşmış qurum və onlarla yan orqan fəaliyyət göstərir. “Sistem, bəzi qurumlar BMT Xartiyasından əvvəl yaradılmış olsa da, indi vahid bir çətir altında işləyir. Bu tarixdən dərs alaraq, təşkilat müxtəlif sahələrdə qlobal problemlərin həlli üçün öz rolunu daha səmərəli icra edə bilər”,- deyə o bildirib.

Süni intellekt sahəsindəki fəaliyyətləri nümunə göstərən Tomas Lamanauskas bildirib ki, UNESCO və ITU-nun rəhbərliyi altında 50-dən çox BMT qurumu bir çətir altında işləyir, qlobal ekspertləri cəlb edir və üzv dövlətlər üçün koordinasiyanı təmin edir. Tomas Lamanauskas bu təşəbbüsü qlobal texnologiya standartlarının formalaşması və təhlükəsiz istifadəsi üçün uğurlu addım hesab edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
2
azertag.az

3Mənbələr