AZ

Sərnişin 60 qəpiyi ödəməsə, sürücünün maaşından bu qədər pul tutulur AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İctimai nəqliyyatda gedişhaqqını ödəməyən sərnişinlərlə bağlı məsuliyyət məsələsi müzakirə mövzusuna çevrilib. Bəzi iddialara görə, belə hallarda yaranan maliyyə zərəri bəzən avtobus sürücülərinin maaşından tutulur. Bu isə əmək hüquqları və nəqliyyat qaydaları baxımından müxtəlif suallar doğurur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hələ 2016-cı ildə qəbul olunmuş qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsində belə bir müddəa nəzərdə tutulub ki, əgər sürücü ödəniş etməyən sərnişini daşıyırsa, o, 20 manat məbləğində cərimə olunur:"Bu norma onu göstərir ki, sərnişinlərin gediş haqqını ödəməsinə nəzarət etmək məsuliyyəti faktiki olaraq sürücünün üzərinə düşür. Yəni sürücü yalnız nəqliyyat vasitəsini idarə edən şəxs deyil, eyni zamanda sərnişinlərin ödəniş qaydalarına əməl etməsinə də müəyyən dərəcədə nəzarət etməlidir".Ekspert bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda ölkəmizdə ictimai nəqliyyatda konduktor və ya ayrıca nəzarətçi sistemi mövcud deyil:"Bir çox ölkələrdə bu funksiyanı xüsusi nəzarətçilər və ya konduktorlar həyata keçirir və gediş haqqının ödənilməsinə onlar nəzarət edir. Lakin bizdə bu sistem tətbiq olunmadığı üçün həmin məsuliyyət avtomatik olaraq sürücünün üzərində qalır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
demokrat.az

1Mənbələr