Olaylar.az xəbər verir ki, bunu BMT-nin 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srjan Kerim XIII Qlobal Bakı Forumunda "Dünyada keçid dövründə fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda çıxışı zamanı bildirib.
Srgjan Kerim bildirib ki, BMT-də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir.
Onun sözlərinə görə, bu uyğunluq həm idarəetmə, həm də mədəni islahat tələb edir. Agentliklər özlərini əsasən müstəqil qurumlar kimi yox, paylaşılmış çoxtərəfli təşəbbüsün komponentləri kimi görməlidirlər.
S.Kerim qeyd edib ki, əgər sistem üzrə uyğunluq təmin edilərsə, BMT islahatı artıq sonsuz institusional debat kimi görünməyəcək, təşkilatın fəaliyyət qabiliyyətinin real şəkildə artırılması ilə nətilənəcək.