AZ

Çıxarışında “99 il” yazılan torpaq sahələrində ev tikmək olar? - AÇIQLAMA

Azərbaycan torpaq sahələri vətəndaşlara müxtəlif hüquqi əsaslarla təqdim olunur. Bəzi hallarda çıxarışla, bəzi hallarda 99 illik istifadə hüququ ilə rəsmiləşdirilir.

 

Bəs bu iki hüquqi forma bir-birindən nə ilə fərqlənir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, torpaqları alarkən iki cür çıxarış olur, biri istifadə, digəri xüsusi mülkiyyətdir:

“Xüsusi mülkiyyət o deməkdir ki, yəni torpaq sahibinin xüsusi, şəxsi mülküdür. Ancaq 99 illik olanda bu istifadə hesab edilir. Yəni şəxsin torpaq sahəsi üzərində istifadə hüququ var. 99 illik çıxarış əsasən torpaq sahəsi üzərində uzunmüddətli icarə hüququnu göstərən sənəd kimi başa düşülür. Fərdi yaşayış yerinin tikintisi üçün və ya əmlak tikmək üçün risklidir. Torpaq dövlətə və ya bələdiyyəyə məxsus qalır. Siz isə 99 il ərzində istifadə etmək hüququ əldə edirsiniz. Torpaq 99 illik müqavilə ilə verilibsə, ləğv edildiyi təqdirdə istifadəçinin əlindən alına bilər. Bu müddət az da ola bilər. Sadəcə, istifadə üçün nəzərdə tutulur. Bu zaman şəxsin müvəqqəti istifadə hüququ olur.  Məsələn, bu torpaqlar kiməsə satılırsa belə, yenə də kateqoriya dəyişmir. Alan adam da yalnız istifadə edə bilər. Şəxsi mülkiyyətə çevrilmir. Torpağın bir neçə kateqoriyaları: əkin sahəsi, sənaye, kənd təsərrüfatı, biznes və s. var”.

 

A.Nəsirovun sözlərinə görə, vətəndaşlar ev tikmək üçün torpaq sahəsi alarkən çalışmalıdırlar ki, “xüsusi mülkiyyət” və ya “yaşayış məntəqəsi torpaqları” alsınlar: Bu, çıxarışın üzərində qeyd olunur. Çünki ancaq bu kateqoriyada olan torpağın üzərində ev tikməyə icazə verilir. Yəni bu o deməkdir ki, burada ev tikməyə icazə verilir, həmin torpaqlar ev tikmək üçün nəzərdə tutulub. Əks halda vətəndaşlar çətinliklərlə üzləşə bilərlər, torpaq alınsa da, ev tikməyə icazə verilməz. Amma digər kateqoriyalarda bir az risklidir. Orada məsələn, biznes olarsa, burada ancaq obyekt tikilə bilər və ya kateqoriya dəyişilə bilər. Amma “rabitə”, “kənd təsərrüfatı”dır kimi kateqoriyalarda ev tikməyə qəti icazə verilmir. İstifadə üçün nəzərdə tutulan torpaqlarda ev tikmək olmaz. İnsanlar bu zaman öz pullarını riskə atmış olarlar. Xüsusi mülkiyyətdə isə zaman anlayışı yoxdur”.

 

Şəhanə Quliyeva


Seçilən
24
1
azia.az

2Mənbələr