AZ

Müharibə yaxın zamanda bitməyəcək Hikmət Babaoğlu

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İsrail və İran arasında münaqişə artıq 14 gündür davam edir və bu müddət ərzində Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən müharibənin dayandırılması və ya davam etməsi ilə bağlı çoxsaylı açıqlamalar səsləndirilib. Lakin bu açıqlamaların hamısını bir-birinin məntiqi davamı kimi qiymətləndirmək çətindir. Çünki səsləndirilən fikirlər bəzən bir-birini təkzib edən, bir-birinə zidd mövqelər kimi görünür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.

Onun sözlərinə görə, Donald Trampın müxtəlif çıxışlarında həm müharibənin yaxın vaxtlarda başa çata biləcəyi, həm də orta, hətta daha uzun müddət davam edə biləcəyi ilə bağlı fikirlər yer alıb.

"Onun səsləndirdiyi ən uzunmüddətli ehtimala görə müharibə avqust ayına qədər davam edə bilər. Ən qısa perspektivlə bağlı açıqlamalarında isə artıq müharibənin böyük ölçüdə başa çatdırıldığı məzmununu ifadə edən fikirlər səsləndirilib. Bu isə göstərir ki, müharibə aparan tərəflərdən birinin liderinin mövqeyində hələ də müəyyən qeyri-müəyyənlik mövcuddur. Buna görə də müharibənin nə zaman yekunlaşacağı ilə bağlı dəqiq proqnoz vermək hazırda mümkün görünmür. Görünür ki, proses daha çox əldə olunacaq nəticələrdən və həmin nəticələrin nə vaxt ortaya çıxacağından asılı olacaq. Bu səbəbdən mən yaxın zamanda müharibənin bitəcəyini düşünmürəm. Çünki hər iki tərəf öz mövqeyində israrlıdır və hər biri öz məqsədləri baxımından qələbə kimi qiymətləndirilə biləcək nəticələr əldə etməyə çalışır. Lakin hazırkı mərhələdə tərəflərin belə nəticələrə yaxın olduğunu demək çətindir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
redaktor.az

2Mənbələr