Qol.az saytına istinadən ain.az xəbər verir.
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
"Real" Çempionlar Liqasının 1/4 finalına doğru "Mançester Siti" üzərində inamlı qələbə qazanıb.
QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, ciddi itkilərlə mübarizə aparan Madrid təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Zədə səbəbindən son matçları buraxan Kilian Mbappenin İngiltərədə keçiriləcək cavab qarşılaşmasında iştirak etmək şansının olduğu bildirilir. Fransalı hücumçu ilə yanaşı, müdafiəçilər Alvaro Karreras və David Alabanın da həlledici oyuna qədər yaşıl meydanlara qayıtması gözlənilir. Lakin yarımmüdafiəçi Cud Bellinqemin gələn həftə "şəhərlilər"ə qarşı oynamayacağı dəqiqləşib. Ferlan Mendinin vəziyyəti isə aparılacaq əlavə müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, "Mançester Siti" və "Real" arasındakı cavab qarşılaşması martın 17-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.