AZ

Ağdam sakini minaya düşərək öldü

ain.az bildirir, Unikal.az portalına istinadən.

Ağdam rayon sakini minaya düşərək həyatını itirib.

“Unikal”ın məlumatına görə, hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Belə ki, Füzulidə çoban kimi çalışan 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə həm at, həm də onun üzərində olan Ramil Hacıyev hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
4
unikal.az

4Mənbələr