AZ

“Atletiko”nun formasını geyinmiş yarımmüdafiəçi “Sabah” yolunda?

Tarixində ilk dəfə Azərbaycan çempionu olmaq şansı əldə edən «Sabah»la bağlı şok transfer iddiası yayılıb.

Sosial şəbəkələrdə tirajlanan xəbərdə «bayquşlar»ın Toni Maya ilə danışıqlar apardığı bildirilir.

Həmin informasiyaya görə, Premyer Liqanın lideri ispaniyalı mərkəz yarımmüdafiəçisinə 2 illik müqavilə təklif edib.

27 yaşlı orta sahə oyunçusu 2023-cü ildən «Saraqosa»nın formasını geyinir. Onun hazırkı klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

Belə deyək, Maya 3 ay sonra azad agent statusu alacaq və «Sabah» heç bir təzminat ödəmədən bu keçidi realaşdıra biləcək.

Bu iddia ilə bağlı saytımızın əldə etdiyi bilgiyə görə, «bayquşlar» prineyli legionerlə bir müddət əvvəl maraqlanıb. Mayanın Azərbaycana gəlməyə həvəs göstərməməsi anlaşmanın realaşmaq ehtimalını aşağı salıb.

O, «Atletiko»nun yetirməsidir. 2013-2023-cü illər aralığında Madrid klubuna məxsus olub. Əsas komandanın heyətində 3 dəfə forma geyinib.

Həmin aralıqda «Alaves»ə iicarəyə verilib (2021-2023). Onların heyətində 67 oyuna 3 qola imza atıb. «Saraqosa»da isə 81 qarşılaşma ərzində 1 dəfə fərqlənib.

Maya İspaniyanın aşağı yaş qruplarına dəvət alıb. U-16, U-17 və U-19-un heyətində tər töküb.

SPORTİNFO.AZ

Seçilən
106
sportinfo.az

1Mənbələr