İran öz ərazisinə hücumlar nəticəsində dəymiş ziyana görə ABŞ-dən təzminat tələb edəcək.
Bunu İranın yeni Ali Lideri Müctəba Xamenei xalqa müraciətində deyib.
“Biz istənilən halda düşməndən təzminat tələb edəcəyik. Əgər onlar imtina etsələr, biz onların əmlakını lazım bildiyimiz qədər alacağıq. Əgər bu, mümkünsüzdürsə, biz də onlara eyni zərəri vuracağıq”, - Xamenei vurğulayıb.