“Real”ın futbolçusu Rodriqo Qoes əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, əməliyyat “Real”ın tibbi heyətinin nəzarəti altında həyata keçirilib.
Rodriqo yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Buna baxmayaraq, 25 yaşlı hücumçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Rodriqo İspaniya çempionatının 26-cı turunun “Xetafe” ilə oyununda (0:1) zədələnib. Braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta