"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
"Unikal' xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Uruqvaylı futbolçu 1/8 finalın ilk oyununda "Mançester Siti"nin qapısına üç qol vurub. Valverde səsvermədə "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi, PSJ-nin vingeri Xviça Kvarasxeliyanı və "Bavariya"nın futbolçusu Maykl Oliseni qabaqlayıb.