Sumqayıt şəhəri, Stansiya Sumqayıt Qaçqın şəhərciyi ünvanında “Abşeron Modul” tipli mini QPS-də əhali və sənaye ölçü qovşaqlarının baypas xətləri üzərində qapayıcı vasitənin quraşdırılması ilə əlaqədar 13.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ünvanda 2000 istehlakçının qaz təchizatında fasilə yarancaqdır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta