AZ

Ərbil hərbi bazasına zərbə zamanı amerikalı hərbçilər yaralandı

 

İraqın Ərbil şəhərində yerləşən hərbi bazaya edilən hücum nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı Böyük Britaniyanın müdafiə naziri Con Hilinin açıqlamasına istinadən məlumat yayıb.

Nazir bildirib ki, hücum zamanı bazada britaniyalı hərbçilər də olub, lakin onlar xəsarət almayıblar.

Məlumata görə, hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Britaniya hərbçiləri iki dronu vuraraq zərərsizləşdiriblər, lakin digər pilotsuz aparatların bir hissəsi Qərb koalisiyası qüvvələrinin müdafiəsini yararaq bazaya çata bilib.

Sara
NOCOMMENT.az

Seçilən
55
nocomment.az

1Mənbələr