“İran bəzi ölkələrin gəmilərinin Hörmüz boğazı vasitəsilə keçməsinə icazə verib”.
Bunu “Agence France-Presse”ə (AFP) müsahibəsi zamanı İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.
O, həmçinin ABŞ və İsraillə müharibə şəraitində su yolunun faktiki olaraq bağlı qalmasına baxmayaraq, İranın boğazda mina yerləşdirməsi iddialarını təkzib edib.
“Bəzi ölkələr artıq boğazdan keçməklə bağlı bizimlə danışıb və biz onlarla əməkdaşlıq etmişik. İran hesab edir ki, təcavüzə qoşulan ölkələr Hörmüz boğazından təhlükəsiz keçiddən faydalanmamalıdır. Biz istəyirik ki, İrana bir daha müharibə tətbiq olunmayacağına əmin olaq. Keçən ilin iyununda müharibə başlayanda, 12 gündən sonra guya hərbi əməliyyatlar dayandırıldı. Lakin səkkiz-doqquz aydan sonra onlar yenidən toparlanaraq bunu təkrar etdilər”, – diplomat bildirib.