Bakı. Trend:
Azərbaycanın ölkələri bir araya gətirmək və dialoq platformasıyaratmaq qabiliyyəti əsas qlobal məsələlərin həllini irəli aparmağakömək edir.
Bu barədə Trend-əBeynəlxalq Telekommunikasiya İttifaqının (InternationalTelecommunication Union, ITU) baş katibinin müavini TomasLamanauskas deyib.
"Azərbaycan müxtəlif ölkələri birləşdirmək üçün əlaplatformadır", - deyə o bildirib.
Onun sözlərinə görə, ötən il Beynəlxalq Telekommunikasiyaİttifaqı Bakıda hər dörd ildən bir keçirilən və sənayenin inkişafıməsələlərini müzakirə etmək üçün dünyanın hər yerindənnümayəndələri bir araya gətirən Ümumdünya Telekommunikasiya İnkişafKonfransını keçirib.
"Azərbaycan konfransa uğurla ev sahibliyi etdi və nəticədə BakıBəyannaməsi və ətraflı fəaliyyət planı qəbul edildi. Müzakirələrzamanı rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilib", -deyə T.Lamanauskas bildirib.
O, 80-dən çox hökumətin və 1800-dən çox iştirakçının qoşulduğuAzərbaycanda COP29 çərçivəsində qəbul edilmiş Green Digital Actionbəyannaməsinin də mühüm bir hadisə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, rəqəmsal gündəmin artan rolunu vəAzərbaycanın yeni texnoloji problemlərin müzakirəsi vərazılaşdırılmış həllərin hazırlanması ətrafında ölkələrinbirləşməsini fəal şəkildə təşviq etdiyini nümayiş etdirir.
T. Lamanauskas əlavə edib ki, rəqəmsal məsələlərin də mühüm roloynayacağı gözlənilən Ümumdünya Şəhərsalma Forumu yaxınlaşır.
"Əminəm ki, bu cür platformalar bizə dialoqu inkişaf etdirməyəvə qlobal əhəmiyyətli məsələlərə ortaq yanaşmalar tapmağa imkanverir", - deyə o vurğulayıb.