AZ

Daha bir plastik cərrahdan ŞİKAYƏT – VİDEO

Əməliyyatdan sonra bədəni deformasiyaya uğrayıb, edilən cərrahi prosedurların izləri qalıb…

Bunu estetik əməliyyat etdirən vətəndaş iddia edir.

NOCOMMENT.az xəbər verir ki, müsahibəsində uğursuz əməliyyat icra olunduğunu deyən şikayətçi Günay Kərimli bildirib ki, bir neçə il əvvəl plastik cərrah kimi fəaliyyət göstərən Səkinə Xudiyevaya mammoplastika, abdominoplastika və qolgərmə əməliyyatları üçün müraciət edib.

Lakin, Günay Kərimli edilən əməliyyatların uğursuz nəticələndiyini, bədənində əməliyyatdan sonra ciddi fəsadların yarandığını iddia edir.

Şikayətçi Günay Kərimli iddia edir ki, yaranan qüsurların aradan qaldırılması üçün həkim tərəfindən ona təkrar əməliyyat edilib, lakin revizyon əməliyyatın nəticəsi də uğursuz olub.

İddialarda adı keçən həkim Səkinə Xudiyeva ilə əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
34
1
nocomment.az

2Mənbələr