AZ

Premyer Liqa komandası 6 nəfərdən ibarətdir? - VİDEO

“Qəbələ” Premyer Liqanın 23-cü turunda darmadağın oldu.

Martın 5-də “Sabah”la Azərbaycan kuboku çərçivəsində 3:3 hesabı ilə bərabərə qalıb penalti seriyasında uduzan bölgə təmsilçisi bu dəfə eyni rəqibin önündə biabırçı hesabla təslim oldu – 1:7.

Uzaq yol qət edərək Qəbələdən Bakıya gələn “Red Black Army” azarkeş qrupunun təxminən 10 nəfərdən ibarət azarkeş dəstəsi matçın sonlarına yaxın dözmədi.

Fanatlar Kaxaber Tsxadadzeni istefaya səslədi, İnqilab Məmmədovun final fitindən sonra isə komanda üzvlərini tribunanın önünə çağırdı.

Lakin bu çağırışa məhəl qoyan 6 nəfər oldu – kapitan Murad Musayev, akademiyanın yetirməsi Eşqin Əhmədov, legionerlər Adriel Ba Lua, Domi Massumo, Prins Ovusu, İsaak Amoah.

Digərləri azarkeşlərə təşəkkür borcunu ödəmədən, ağır yenilgiyə görə üzr istəmədən paltardəyişmə otağının yolunu tutdu.

Murad Musayev tərəfdarların iradlarını qəbul etdikdən sonra onlardan üzr istəməyi və mövcud vəziyyəti başa salmağı özünə borc bildi.
Ba Lua isə üzrxahlığı əllərini göyə qaldırmaqla etdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
79
sportinfo.az

1Mənbələr