AZ

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

BMT sistemində islahatlar yalnız texniki məsələ deyil, strateji zərurətdir və təşkilatın effektivliyini artırmaq üçün mandatların, həmçinin strukturun yenidən qiymətləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzulu paneldə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibinin müavini Pedro Manuel Moreno deyib.

O qeyd edib ki, BMT-nin əvvəlki illərdə həyata keçirdiyi islahatlar yeni ölkələrin qoşulması və əlavə mandatların yaranması səbəbi ilə baş verib. İndi isə resurslar azalıb və gələcəkdə - 2030-cu ilə qədər resursların 2024-cü ilə nisbətən 35 faiz azalacağı gözlənilir.

Pedro Manuel Moreno vurğulayıb ki, “BMT 80+” proqramı çərçivəsində BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır. “Romantik və realist yanaşmaları qarışdıraraq tarixi və qlobal missiyanı müasir çağırışlarla uyğunlaşdırmalıyıq”, – deyə Forum iştirakçısı əlavə edib.

Seçilən
76
2
azerbaijan-news.az

3Mənbələr