İlk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının heyəti və oyunlarının vaxtı açıqlanıb.
İkinci dəfə təşkil olunacaq turnirdə yığma Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyətlə mübarizə aparacaq.
B qrupunda yer alan komandamız martın 13-də Kanada və Taylandla qarşılaşacaq. Martın 14-də isə rəqib İspaniya olacaq.
Xatırladaq ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta