Rusiyanın Əməkdar artisti Valeri Boçkin 81 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, aktyorun ölümünə səbəb insult olub.
Qeyd edək ki, Onun filmografiyasında 50-dən çox ekran işi var. Ən məşhur rolları isə "Fənərləri sınmış küçələr" və “Dələduz Peterburq” seriallarında olub. Aktyor həmçinin rejissor və pedaqoq kimi fəaliyyət göstərərək öz təcrübəsini gənc nəslə ötürüb.