Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın 4-cü günündə iki qadın güləşçimiz final görüşünə çıxıb.
Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medalı boynundan asıb.
Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn güləşçimiz ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U23 Avropa çempionu olub.
Avropa çempionatı: 5 güləşçimiz mübarizəyə qoşulur
Millimizin Avropa çempionatı üçün heyəti bəlli olub
Nihat Məmmədli: “Titulu qorumaq üçün əlimdən gələni edəcəm”
Millimiz reytinq turnirinin qalibi olub
Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb