Kanadadan Türkiyəyə plastik əməliyyat etdirmək üçün gələn 35 yaşlı qadın əməliyyatdan sonra həyatını itirib. Dörd uşaq anası olan qadın Antalyadakı özəl klinikada qarın və sinə gərmə əməliyyatı etdirib. Həkimlər əməliyyatın uğurlu keçdiyini bildirsələr də, qısa müddət sonra qadının vəziyyəti qəfil pisləşib və onu xilas etmək mümkün olmayıb. Polis bildirib ki, bədəndə yalnız cərrahi tikişlər var, ölüm səbəbi isə ekspertizadan sonra məlum olacaq. Hadisədən əvvəl qadının dostu onların Türkiyəyə gəlməzdən bir neçə gün əvvəl qadağan olunmuş maddələr qəbul etdiklərini deyib. Qeyd olunur ki, Türkiyədə ucuz plastik əməliyyatlar üçün çoxlu turistlər gəlir və son vaxtlar belə hallarla bağlı xəbərdarlıqlar edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta