AZ

Polşa prezidenti Aİ-nin hərbi kredit proqramı ilə bağlı qanuna veto qoydu » AzadMedia.az


Polşa prezidenti Karol Navrotski ölkənin Avropa İttifaqının SAFE hərbi kredit proqramında iştirakını nəzərdə tutan qanun layihəsinə veto qoyub. O bildirib ki, ölkənin suverenliyinə, müstəqilliyinə və iqtisadi-hərbi təhlükəsizliyinə zərər vuran heç bir sənədi imzalamayacaq. Prezidentin sözlərinə görə, belə kredit gələcək nəsillər üçün ağır maliyyə yükü yarada bilər. Daha əvvəl müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşa ordusunun sayının 500 min nəfərə çatdırılmasının vacibliyini bildirmişdi. Hazırda ölkə ordusunun sayı təxminən 218 min nəfərdir. SAFE fondu isə Avropada silah istehsalını artırmaq məqsədilə yaradılıb.
Seçilən
62
1
azadmedia.az

2Mənbələr