ABŞ-ın Old Dominion Universitetində baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.
Virciniya ştatında yerləşən ali təhsil ocağında baş verən atışmanın səbəbi açıqlanmır.
Universitet əlavə məlumat verməyib və öldürülən silahlının şəxsiyyəti açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Qərbi Blumfild şəhərindəki “Temple İsrael” sinaqoqunda terror aktı törədilib.