AZ

Kurtua Çempionlar Liqası tarixində ən çox ötürmə edən qapıçı oldu

“Real Madrid”in qapıçısı Tibo Kurtua Çempionlar Liqası tarixində məhsuldar ötürmə sayına görə ən yaxşı qolkiper olub.

İdman.Biz-in “Opta Sport”a istinadən məlumatına görə, belçikalı bu yarışda üç məhsuldar ötürmə edib ki, bunlardan ikisi cari mövsümdə baş tutub.

“Deportivo”nun keçmiş qapıçısı Xose Fransisko Molina və “Bavariya”nın sabiq qolkiperi Oliver Kan Çempionlar Liqasında iki məhsuldar ötürmə ilə ikinci yeri bölüşürlər.

Kurtua Çempionlar Liqasının 1/8 finalının “Mançester Siti” ilə ilk oyununda (3:0) rekord məhsuldar ötürmə edib. Bu komandalar arasında cavab oyunu 17 martda Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.

İdman.Biz
Seçilən
35
2
idman.biz

3Mənbələr