AZ

Qəddafi İrana çağırış etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İranı Qərbə güzəştə getməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə İran xalqına xəbərdarlıq edib.

Qəddafi Qərbə güzəştlərin sülhə deyil, yalnız məhvə apardığını bildirərək Liviyanı nümunə göstərib.

“Canavarlarla danışıqlar sürünü xilas etmir, bu, sadəcə növbəti ovun tarixini müəyyən edir”, – deyə o bildirib.

Aişə Qərbin atasına nüvə silahlarından və ballistik raket proqramlarından imtina etsə, dünyanın qapılarını onun üzünə açacağına dair zəmanət verdiyini xatırladıb.

“O onlara inandı, güzəştlər etdi… və NATO bombaları ölkəni xarabalığa çevirdi”, – Ayşə əlavə edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
2
globalinfo.az

3Mənbələr