Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ, İsrail və İran arasında davam edən münaqişə səbəbindən bölgədə yaranan narahatlıqlar fonunda Yunanıstan diqqətəlayiq bir addım atıb.
"Ölkə.az" xəbər verir ki, Yunanıstan ordusu qadınları könüllü olaraq hərbi xidmətə dəvət edən tanıtım videosu yayımlayıb.
Videoda bildirilir ki, 20-26 yaş arası qadınlar hərbi xidmətə könüllü olaraq gedə bilərlər. Proqram çərçivəsində müraciət edən qadınlar 12 ay Yunanıstan ordusunda xidmət edəcəklər.
Yunanıstan ordusu tərəfindən yayımlanan videoda qadınların hərbi təlim və vəzifələrdə fəal rol oynaya biləcəyi vurğulanır. Bu elanın bölgədə artan geosiyasi gərginlik və davam edən təhlükəsizlik müzakirələri fonunda vaxtı diqqətəlayiq adlandırılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.