AZ

Tamer Karadağlı “İlk üz tutacağım yer Azərbaycan olar” ANONS, VİDEO

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“525-ci qəzet”in 13 mart tarixli sayında dərc olunacaq yazılardan biri Şahanə Müşfiqin əslən azərbaycanlı məşhur aktyor Tamer Karadağlı ilə apardığı maraqlı müsahibədir.

Müsahibədə aktyor Azərbaycan teatr səhnəsində rol almağı çox istədiyini bildirib. O qeyd edib ki, hazırda rəsmi vəzifəsi və sıx iş qrafiki buna imkan verməsə də, gələcəkdə belə bir layihədə iştirak etmək istərdi.

Aktyor onu Azərbaycan tamaşaçılarına sevdirən “Çocuklar duymasın” serialından da danışıb. Gələcəkdə serialın film kimi çəkilməsi ehtimalını istisna etməyən aktyor bildirib ki, uyğun və maraqlı təklif olarsa, məşhur Haluk obrazını yenidən canlandırmağa hazırdır.

Söhbət zamanı aktyor Türkiyədə serial sektorunun vəziyyətinə də toxunaraq bildirib ki, bu sahə zəifləməyib, əksinə, inkişaf edir və türk serialları bu gün dünya miqyasında böyük maraq doğurur.

Tamer Karadağlı həmçinin Azərbaycan teatrı haqqında müsbət fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycan teatr sənəti güclü ənənələrə malikdir və burada peşəkar rejissorlar, dramaturqlar və aktyorlar fəaliyyət göstərir. O hesab edir ki, Azərbaycan və Türkiyə teatrları arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Aktyor əlavə edib ki, ona azərbaycanlı obrazı təklif olunarsa, bunu böyük məmnuniyyətlə qəbul edər və bundan qürur duyar. 

Nigar Abbasova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
525.az

1Mənbələr