AZ

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2004-cü il təvəllüdü P. Əliyev və 2005-ci il təvəllüdlü Ə. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
2
day.az

3Mənbələr